Azərbaycanda yeyinti sənayesi
Azərbaycanda yeyinti sənayesi — yeyinti sənayesi Azərbaycanda sənaye sektorları arasında əsas yerlərdən birini tutur. İstehsal olunan məhsulların sayına və bu sektorda işləyən əhaliyə görə ölkədə birinci yerdədir.
Azərbaycan məhsullarını həm qonşu ölkələr: Rusiya, İran, Türkiyə və Gürcüstan bazarlarına həm də dünya bazarlarına ixrac edilir. Yeyinti sənayesinin əsas məhsulları bunlardır: şərab, konservlər, tütün və mineral sular.
Meyvə və tərəvəzin emalı üçün ölkə daxili ehtiyaclarını ödəyir və istehsal olunan məhsulların bir hissəsi MDB ölkələrinə və Avropaya ixrac olunur. Konserv məhsulları istehsalında Kuba-Xaçmaz konserv kömbinatı, Quba, Qusar və Xudatdakı konserv zavoddları məşhurdur.
Bu sahənin əsas istehsalçıları Xaçmaz, Lənkəran, Zaqatalada Azersun Holding, Qəbələdə Gilan Holdinq, Şəki-Zaqatala bölgəsi, Göyçay və digər bölgələrdəki bir sıra konserv istehsalı müəssisələri fəaliyyət göstərir. Bəzi müəssisələr (Azersun, Gilan Holdinq) zeytun emalı ilə məşğuldur. Azərbaycanın cənub bölgələrində tomat pastası istehsal edən, mürəbbə və meyvə konservləri halında emal edən fabriklər də vardır.
Azərbaycan özünün narı ilə məşhurdur.